“Real” bu axşam İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Albasete”yə qarşı keçiriləcək oyun üçün heyətini açıqlayıb.
Publika.az xəbər verir ki, yeni baş məşqçi Alvaro Arbeloanın debüt oyunu üçün açıqladığı siyahıda hücumçular Kilian Mbappe və Rodriqo yer almayıb.
Qeyd edək ki, “Real” – “Albasete” qarşılaşması İspaniya Kral Kubokunun 1/8 final mərhələsi çərçivəsində bu axşam, Bakı vaxtı ilə 00:00-da keçiriləcək.
Qapıçılar: Andrey Lunin, Fran Qonsales, Serxio Mestre.
Müdafiəçilər: Dani Karvaxal, David Alaba, Asensio, Fran Qarsiya, Huyjsen, David Ximenes, Joan Martines.