AZ

Təhlükəli manevr edərək qəza törədən Prius sürücüsü cəzalandırıldı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən yol-nəqliyyat hadisəsi yanvar ayının 10-da Astara rayonunun Siyakü kəndində baş verib. Qəza zamanı xəsarət alan olmayıb. Manevr etmə qaydasını pozduğu üçün "Toyota" markalı avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, qeyd edilən yol-nəqliyyat hadisəsi yanvar ayının 10-da Astara rayonunun Siyakü kəndində baş verib. Qəza zamanı xəsarət alan olmayıb. Manevr etmə qaydasını pozduğu üçün "Toyota" markalı avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

*** 13 yanvar, 17:39

Astarada baş verən yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri müşahidə kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisənin videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq yaşayış evinin hasarına çırpılıb.

Kadrlardan göründüyü kimi, qəza baş verməzdən əvvəl o, qarşı istiqamətdən gələn “VAZ-2107” markalı avtomobil üçün təhlükəli vəziyyət yaradıb. “VAZ”ın sürücüsü toqquşmadan yayınmaq məqsədilə təcili tormozlama edib və bu zaman nəqliyyat vasitəsi qısa müddətə idarəetmədən çıxıb. Lakin sürücü nəqliyyat vasitəsinə yenidən nəzarəti bərpa edərək baş verə biləcək qəzadan xilas olub.

Nərmin

Oxunub 1230

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
153
avtosfer.az

1Mənbələr