AZ

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin III Ümumrespublika elmi məqalə müsabiqəsinin qalibləri açıqlanıb (FOTO)

Bakı. Trend:

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən“Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağındirçəldilməsinin strateji aspektləri” mövzusunda III Ümumrespublikaelmi məqalə müsabiqəsinin nəticələri elan olunub.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkilişöbəsinin təşkilatçılığı, “SOCAR POLYMER” MMC-nin dəstəyi iləkeçirilən tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər ƏliyevinUNEC-dəki büstünü və şəhidlərin Memorial-Xatirə Kompleksini ziyarətedərək, önünə gül dəstələri düzüblər, əziz xatirələrini ehtiramlayad ediblər.

Tədbirin açılışında çıxış edən UNEC-in elm və innovasiyalar üzrəprorektoru, professor Rövnəq Rzayev müsabiqənin “Konstitusiya vəSuverenlik İli” çərçivəsində keçirildiyini və mövzunun Qarabağındirçəldilməsinə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığınıbildirib. O, müsabiqəyə ölkənin müxtəlif ali təhsil vəelmi-tədqiqat müəssisələrindən 200-ə yaxın elmi məqalənin təqdimedildiyini qeyd edib.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professorŞəfa Əliyev müsabiqəyə marağın əvvəlki illərlə müqayisədə iki dəfəartdığını bildirərək, gənclərin bu sahədə fəallığını yüksəkqiymətləndirib. O, müsabiqədə Qarabağın dirçəldilməsinin stratejiəhəmiyyəti, Qarabağ iqtisadi rayonunun inkişafında regionaləməkdaşlıq, Şuşada mədəniyyət və turizm iqtisadiyyatınınprioritetləri, nəqliyyat layihələrinin iqtisadi təhlükəsizliyətəsiri və Xankəndi şəhərinin iqtisadi inkişaf modellərinin əsastədqiqat istiqamətləri kimi müəyyənləşdirildiyini diqqətıçatdırıb.

“SOCAR Polymer” MMC-nin maliyyə direktoru Müşfiq Hacıyevqalibləri təbrik edərək, seçilən elmi tədqiqatların Qarabağındirçəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkilişöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçiriləntədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.Professor-müəllim heyəti, doktorant, magistr və tələbələr üzrə ikinominasiyada ilk üç yeri tutan qaliblərə pul mükafatları təqdimedilib, digər iştirakçılar sertifikatlarla, fərqlənən əməkdaşlarisə “Təşəkkürnamə”lərlə təltif olunub.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr