AZ

Aİ ilə BƏƏ arasında qarşılıqlı investisiyaların həcmi 328 milyard avroya yaxındır

Əbu-Dabi, 14 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Avropa İttifaqının ən böyük investisiya tərəfdaşıdır və qarşılıqlı investisiyaların həcmi təxminən 328 milyard avroya (383 milyard dollar) çatır. Körfəz ölkələri ilə ayrı-ayrılıqda bağlanan gələcək strateji tərəfdaşlıq sazişləri və azad ticarət razılaşmaları bərpaolunan enerji, hidrogen və təmiz enerji texnologiyaları da daxil olmaqla, ümumilikdə enerji sektorunda daha böyük ortaq qazanc yaradacaq.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının BƏƏ-dəki səfiri Lusi Berjer Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində “Masdar” şirkətinin təşkilatçılığı ilə işinə başlayan 18-ci Dünya Gələcək Enerji Sammitində çıxışı zamanı deyib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Seçilən
117
1
azertag.az

2Mənbələr