Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Gürcüstan 2026-cı ildə ölkəsini "Avroviziya" mahnı müsabiqəsində ölkəsini təmsil edəcək ifaçının adını açıqlayıb.
Axşam.az xəbər verir ki, yarışmada ölkəni "Bzikebi" qrupu təmsil edəcək. Qrup daha əvvəl “Uşaq Avroviziya 2008”də qələbə qazanıb.
Qrupun 70-ci "Avroviziya" mahnı müsabiqəsində ifa edəcəyi mahnı isə daha sonra təqdim olunacaq.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.