AZ

"Qarabağ" eyni gündə 2 oyuna çıxacaq

"Qarabağ" klubunun növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Ağdam təmsilçisi yanvarın 16-da "Osiyek" (Xorvatiya) və "Zaqlembe Lyubin" (Polşa) klubları ilə qarşılaşacaq. Birinci qarşılaşma saat 12:00-da, ikinci matç isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5 cavabsız qolla üstələyib.

Seçilən
23
4
sitat.info

5Mənbələr