AZ

Azərbaycanın səfiri: Türkiyənin şəhidləri bizim də şəhidlərimizdir  

Yanvarın 14-də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və ölkəmizin hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov Ankarada Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzasında həlak olan baş leytenant Cüneyt Kandemirin ailəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşlarını Türkiyə Milli Müdafiə Nazirliyinin əməkdaşları müşayiət ediblər.

Rəşad Məmmədov şəhidin ailəsi ilə söhbətində ölkəmizdə Türkiyə və Azərbaycanın qəhrəmanları arasında heç bir fərq qoyulmadığını vurğulayıb.

“Türkiyənin şəhidləri bizim də şəhidlərimizdir. Əminəm ki, hər bir hərbçi Vətən uğrunda canından keçməyə hazırdır", - deyə səfir əlavə edib.

Diplomatik nümayəndəliyin rəhbəri qəhrəmanın otağını gəzib, sonra iki qardaş ölkənin şəhidlərinin xatirəsinə dualar oxunub.

Qeyd edək ki, 31 yaşlı C. Kandemir Ankaranın Gölbaşı rayonunda dəfn edilib. Türkiyə paytaxtındakı küçələrdən biri onun adını daşıyır.

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr