AZ

“Fənərbaxça”nın hücumçusu İngiltərə klubuna keçə bilər

style='margin-bottom:10px;'>

"Everton" klubu "Fənərbaxça"nın mərakeşli hücumçusu Yusif En-Nesyri üçün hərəkətə keçib.

QOL.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Liverpul təmsilçisi 28 yaşlı forvardı icarəyə götürmək niyyətindədir. Təklifə əsasən İngiltərə klubu mövsümün sonunda 20 milyon avro ödəməklə futbolçunun transfer hüququnu tam şəkildə əldə edə bilər. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilib.

Qeyd edək ki, En-Nesyri "sarı-lacivərdlilər"in heyətinə 2024-cü ilin yayında qoşulub. O, cari mövsümdə keçirdiyi 25 oyunda 8 qolla yadda qalıb. 

Seçilən
161
teleqraf.com

1Mənbələr