AZ

AYB nin xəbərdarlığı yazarları hərəkətə gətirib:Pulu ödəyirlər

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən günlərdə Azərbaycan Yazıçılar Birliyində (AYB) üzvlük haqqını ödəməyən şəxslərin siyahısının hazırlandığı məlum olub.

Siyahıda çox sayda yazarın adı var. Onlar üzvlük haqqını ödəməyəcəkləri təqdirdə birlikdən xaric ediləcəklər.  AYB-nin mətbuat  katibi Xəyal Rza "Cebheinfo.az"-a bildirib ki, xəbərdarlıqdan sonra ödəniş edən üzvlər var:

“Üzvlük haqqını ödəməyənlərin siyahısı tərtib olunub. Xəbərdarlıqdan sonra borcunu ödəyənlər də var. Borcunu ödəyənlərin adlarını açıqlamaq məqsədəuyğun deyil. Siyahının paylaşılmasında əsas məqsəd üzvlərə xəbərdarlıq etmək və borcların ödənilməsinə nail olmaqdır”.

Qeyd edək ki, AYB sədri, yazıçı Anar Rzayev bundan əvvəl verdiyi açıqlamada üzvlük haqqını uzun müddət ödəməyənlərin təşkilatdan xaric ediləcəyini bildirib.

Anar Rzayevin sözlərinə görə, 1-4 il ərzində üzvlük haqqını ödəməyənlər olsa da, hazırda yalnız beş ildən artıq müddətdə ödəniş etməyən üzvlərin birlikdən xaric edilməsi nəzərdə tutulur.

Sevinc 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
152
1
cebheinfo.az

2Mənbələr