AZ

Azərbaycan və İsrail birgə süni mayalanma mərkəzi yarada bilər

Azərbaycan və İsrail arasında birgə süni mayalanma mərkəzinin yaradılması imkanları müzakirə edilib.

Aznews.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsində yazıb.

"İsrailə səfərin növbəti günü ölkənin aqrar-sənaye sektorunda aparıcı mövqeyə malik bir sıra strateji əhəmiyyətli müəssisələrə baş çəkdik. Səfər zamanı 3 Kibbutz icmasına məxsus, illik istehsal gücü 12 min ton süd olan ferma təsərrüfatına, habelə İsrailin ən böyük süni mayalanma mərkəzinə (SİON) və ölkə əhalisinin əhəmiyyətli hissəsini süd məhsulları ilə təmin edən müasir süd emalı müəssisəsinə səfər etdik", - nazir bildirib.

Onun sözlərinə görə, qeyd olunan müəssisələrin fəaliyyət modeli, istehsal və idarəetmə mexanizmləri, yüksək məhsuldarlığın təmin edilməsində tətbiq olunan innovativ texnologiyalar, genetik seleksiya və heyvandarlıqda rəqəmsal həllər barədə ətraflı məlumat təqdim edilib:

Seçilən
51
15
aznews.az

10Mənbələr