Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Qala Həyat Sığorta” şirkətinin fəaliyyətinin 15 illiyi münasibətilə “Qala Sığorta” ASC ilə birgə təşkil olunan ənənəvi Yeni il öncəsi tədbir yüksək əhval-ruhiyyə və səmimi atmosferdə keçirilib.Demokrat.az xəbər verir ki, tədbirdə maraqlı təltif mərasimləri, əyləncəli oyunlar və interaktiv proqramlar gecəyə xüsusi rəng qatıb. Şirkətin 15 illik inkişaf yolunda mühüm rol oynamış əməkdaşların əməyinə xüsusi diqqət yetirilib, bir sıra əməkdaşlar mükafatlandırılıb.Yubiley tədbirində “Qala Həyat Sığorta”nın 15 illik fəaliyyəti ərzində əməyi olanlar da daxil olmaqla, ümumilikdə 260-dan çox əməkdaş iştirak edib. Bu görüş həm də kollektiv üçün ötən ilin yekunlarını dəyərləndirmək, qarşıdakı dövr üçün yeni hədəflər ətrafında bir araya gəlmək baxımından əlamətdar olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.