AZ

Nazir məlumat yaydı VİDEO

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “Az TV”də yayımlanan “Hədəf” verilişində məlumat verib.

Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması, bunun üçün əlavə illik 636 mln manat vəsait ayrılması nəzərdə tutulur.

“1.1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir. İndeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçrilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqiq şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək.” deyə nazir əlavə edib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
14
dogru.az

10Mənbələr