ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Qala Sığorta” ASC səyahət etməyi planlaşdıran vətəndaşlara rahat və təhlükəsiz yolçuluq üçün səyahət sığortası xidmətini təklif edir. Demokrat.az xəbər verir ki, şirkətin təqdim etdiyi bu sığorta paketi səfər zamanı yarana biləcək müxtəlif risklərə qarşı etibarlı maliyyə təminatı yaradır.Səyahət sığortası çərçivəsində tibbi xərclərin qarşılanması, baqaj itkisi halları, reyslərin gecikməsi, eləcə də qəfil və təhlükəli vəziyyətlər zamanı dəstək göstərilir. Bu da müştərilərə səfər boyunca özlərini daha güvənli hiss etməyə imkan verir.“Qala Sığorta”nın əsas məqsədi səyahət zamanı gözlənilməz halların yaratdığı riskləri minimuma endirməklə müştərilərin rahatlığını təmin etməkdir. “Siz kəşf edin, biz qoruyarıq!” şüarı ilə təqdim olunan bu xidmət təhlükəsiz səyahət üçün ən doğru seçimdir.Ətraflı məlumat almaq və səyahət sığortası ilə bağlı müraciət etmək üçün “Qala Sığorta” ASC-nin *4000 qısa nömrəsi ilə əlaqə saxlamaq, yaxud Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanına müraciət etmək mümkündür.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.