Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın13-də Ağdərə rayonuna etdiyi səfər işğaldan azad edilmiş ərazilərdəaparılan bərpa və yenidənqurma proseslərinin miqyasını, dərinliyinivə strateji xarakterini bir daha nümayiş etdirdi. Bu səfər sadəcəgörülmüş işlərlə tanışlıq deyil, Qarabağın gələcəyinə dair aydınsiyasi, iqtisadi və sosial mesajların verildiyi mühüm hadisə kimiqiymətləndirilə bilər.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyevin Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağvə Qozlukörpü kəndlərində, eləcə də Ağdərə şəhərində aparılanişləri yerində izləməsi dövlət başçısının azad edilmiş ərazilərəgöstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Uzun illər işğalnəticəsində tamamilə dağıdılmış, yaşayış üçün yararsız halasalınmış bu kəndlər bu gün yenidən qurulur, həyat bura geriqayıdır. Bərpa olunan fərdi yaşayış evləri, çəkilən yollar,yaradılan mühəndis-kommunikasiya xətləri insanların doğmayurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təminedir.
Ağdərədə aparılan işlər göstərir ki, dövlət siyasəti yalnızevlərin bərpası ilə məhdudlaşmır. Burada tam bir yaşayış mühitiformalaşdırılır. Elektrik, qaz, içməli su, rabitə xətləri,məktəblər, parklar, istirahət zonaları kəndlərin sosial simasınıköklü şəkildə dəyişir. Keçmiş məcburi köçkünlərin artıq doğmatorpaqlarda daimi məskunlaşması Qarabağda demoqrafik bərpanın realmərhələyə keçdiyini sübut edir", - o bildirib.
Azər Qarayevin sözlərinə görə, Prezident İlham Əliyevin səfəriçərçivəsində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışıQarabağın gələcəyinin "yaşıl enerji" üzərində qurulduğunu açıqşəkildə ortaya qoydu.
"Azərbaycanın enerji strategiyasının mühüm hissəsi olan bulayihə ekoloji dayanıqlılıqla yanaşı, iqtisadi səmərəliliyi dətəmin edir. Ağdərə artıq təkcə öz ehtiyaclarını ödəyən deyil,ölkənin enerji sisteminə töhfə verən regiona çevrilir. Bu isəbölgənin strateji əhəmiyyətini daha da artırır. İqtisadi inkişafındigər mühüm istiqaməti isə sənaye potensialınınreallaşdırılmasıdır. Prezident İlham Əliyevin Canyataq kəndində“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlığı bununəyani sübutudur. Uzun illər qanunsuz istismar edilən bu yatağınindi Azərbaycan dövlətinin nəzarəti altında, müasir texnologiyalarəsasında işlədilməsi həm iqtisadi, həm də siyasi baxımdan mühümmesajdır. Yüzlərlə insanın işlə təmin olunması, yerli əhalininməşğulluğunun prioritet götürülməsi Qarabağda sosial rifahınmöhkəmləndirilməsinə xidmət edir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Ağdərə şəhərinin Baş planının təqdimolunması isə regionun inkişafına sistemli yanaşmanıngöstəricisidir:
"Müasir şəhərsalma konsepsiyası əsasında hazırlanan bu planAğdərəni gələcəkdə sənaye, logistika, turizm və aqroturizmmərkəzinə çevirməyi hədəfləyir. Yeni məktəblər, uşaq bağçaları,xəstəxana, ictimai və işgüzar zonalar, parklar və velosiped yollarışəhərin rahat, yaşıl və müasir urbanistik model üzrə inkişafetdiriləcəyini göstərir. Bu yanaşma Qarabağın yalnız bu günü üçündeyil, onilliklər irəli üçün planlandığını sübut edir. Prezidentİlham Əliyevin Ağdərə sakinləri ilə görüşü səfərin mənəvi baxımdanən təsirli məqamlarından biri oldu. Dövlət başçısının şəhidailələri ilə birbaşa ünsiyyəti, onların ağrısını və qürurunubölüşməsi, Qarabağın artıq əbədi olaraq Azərbaycan torpağı olduğunuvurğulaması xalqın dövlətə olan inamını daha da gücləndirdi. Eynizamanda, Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlininqoyulması regionda təhlükəsizlik amilinin daim diqqət mərkəzindəsaxlanıldığını göstərir. Bu mərkəz xüsusi təyinatlı qüvvələrinpeşəkar hazırlığının gücləndirilməsi ilə yanaşı, Azərbaycanınmüdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.Bu fakt onu göstərir ki, dövlət Qarabağda həm inkişafı, həm dətəhlükəsizliyi paralel şəkildə və balanslı formada təmin edir".
Onun sözlərinə görə, bununla yanaşı, Prezident İlham Əliyevinyanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadansonra açılışında iştirakı azad edilmiş bölgələrdə sənayeinfrastrukturunun bərpası və gücləndirilməsinin dövlət siyasətininmühüm istiqamətlərindən biri olduğunu bir daha təsdiqlədi:
"Müasir, yüksəkdəqiqlikli texnoloji avadanlıqlarla təchiz edilənmüəssisədə hərbi təyinatlı məhsulların istehsalı yerli müdafiəsənayesinin imkanlarını genişləndirməklə yanaşı, regionda yeni işyerlərinin açılmasına və ixtisaslı kadr potensialınınformalaşmasına xidmət edir. Zavodun fəaliyyəti göstərir ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətQarabağ və ətraf bölgələrdə yalnız yaşayış və sosialinfrastrukturun deyil, strateji sənaye sahələrinin dədirçəldilməsini, iqtisadi müstəqilliyin və milli təhlükəsizliyinmöhkəmləndirilməsini hədəfləyir. Bu yanaşma azad edilmiş ərazilərinölkənin ümumi iqtisadi sisteminə tam inteqrasiyasını sürətləndirənmühüm amillərdən biridir".
Politoloq vurğulayıb ki, ümumilikdə, Prezident İlham ƏliyevinAğdərəyə səfəri azad edilmiş ərazilərdə həyata keçirilən siyasətinmahiyyətini aydın şəkildə ortaya qoydu.
"Bu siyasət sadəcə bərpa deyil, dirçəliş, inkişaf və gələcəknəsillər üçün möhkəm təməl qurmaq siyasətidir. Yeni infrastruktur,sənaye və enerji layihələri, minlərlə iş yeri, sosial təminat vətəhlükəsizlik tədbirləri Qarabağın, xüsusilə Ağdərənin yaxınillərdə Azərbaycanın ən dinamik və strateji əhəmiyyətlibölgələrindən birinə çevriləcəyini göstərir. Bu gün Qarabağda həyatbərpa olunur. Bu həyat planlı, güclü dövlət iradəsinə əsaslanan vəgeri dönməz xarakter daşıyan bir prosesdir. Prezident İlhamƏliyevin rəhbərliyi ilə bu torpaqlar yalnız bərpa edilmir - yenidəndoğulur", - deyə Azər Qarayev bildirib.