AZ

Saakaşvili: Gürcüstanın “Qazprom”a qayıtması məsuliyyətsizlikdir!

Saakaşvili: Gürcüstanın “Qazprom”a qayıtması məsuliyyətsizlikdir!

Azərbaycandan Gürcüstana qaz tədarükü üzrə müqavilənin uzadılması vaxtı yaxınlaşır. Bu müqavilə məhz indiki hakimiyyət dövründə, Gürcüstan üçün son dərəcə sərfəli qiymətlərlə imzalanmışdı və həmin dövrdə Azərbaycan “Qazprom”a real alternativ olmuşdu.

AFN.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, bu, Rusiyanın 2005-ci ilin sərt qışında Gürcüstana qaz verilişini dayandırmasından sonra baş verdi. "Həmin vaxt Azərbaycan öz əhalisinin bir hissəsini qazsız qoyaraq, Gürcüstanın donmasının qarşısını aldı. İndi isə yenidən tam şəkildə “Qazprom”a qayıtmaqla hədələyir, eyni zamanda Azərbaycanı hədəfə almağa çalışırlar. Vaxt hələ bitməmiş bu məsuliyyətsiz addımların qarşısını almalıyıq" – deyə M.Saakaşvili vurğulayıb.

Qeyd edək ki, 2026-cı ildə Gürcüstan Azərbaycandan 2,926 milyard kubmetr təbii qaz almağı planlaşdırdığını açıqlayıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təsdiqlədiyi 2026-cı il üçün təbii qaz balansında bildirilir ki, ölkə bu il ümumilikdə 3,34 milyard kubmetr təbii qaz alacaq ki, onun da 2,926 milyard kubmetri Azərbaycandan daxil olacaq.

Seçilən
87
1
afn.az

2Mənbələr