AZ

"Onların heç birini nə azad etmək, nə də Ermənistana təhvil vermək olar" -Deputat

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib. Bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk hesabında açıqlayıb.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycana qarşı tək onlar yox, uzun müddətdir məhkəməsi gedən Ermənistan vətəndaşları cinayət törətmiş adamlardır:

"Yəni bunlara adam demək də düz deyil, cinayətkarlardır. İndi nəyə görə bu dörd nəfər onların içindən seçilib təhvil verilib, mən deyə bilmərəm. Yəqin ki, bu məsələyə müvafiq qurumlar və məhkəmə baxır. Mən onu deyə bilmərəm.

Ancaq mən belə fikirdəyəm ki, onların heç birini nə azad etmək, nə də Ermənistana təhvil vermək olmaz. Bunlar bizə qarşı cinayət törətmiş şəxslərdir və Azərbaycan qanunları ilə mühakimə olunub cəzalarını da almalıdırlar. İndi nəyə görə bu dörd nəfər azad olunub və Ermənistana təhvil verilib, bu barədə mənim versiyam yoxdur, bilmirəm. Yəqin ki, buna müvafiq qurumlar aydınlıq gətirə bilər, səbəbini deyə bilərlər ki, nəyə görə onlar təhvil verildi. Bəlkə də elə səbəblər var ki, biz, ictimaiyyət olaraq, onları bilmirik, ancaq müəyyən rəsmi dövlət qurumlarına məlumdur. Belə hesab ediblər ki, bunları vermək olar — nəyinsə müqabilində və ya başqa hansısa səbəblərə görə".

Aytəkin TOFİQQIZI

Seçilən
169
1
redaktor.az

2Mənbələr