Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri və onların valideynləriylə akademiyanın nümayəndəsinin iştirakı ilə Yardımlı Rayon Polis Şöbəsində görüş təşkil olunub.
Çıxış edən Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov Polis Akademiyasında təhsilin təşkili, qəbul qaydaları, kursantlar üçün yaradılmış şərait, tədris proqramı, eləcə də praktiki hazırlıq mərhələləri barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, bu görüşlər məktəblilərin gələcək karyera seçimində düzgün istiqamətləndirilməsinə və polis sıralarına layiqli namizədlərin hazırlanmasına əhəmiyyətli töhfələr verir.