AZ

Ermənistan hərbi hissəsində müəmmalı ÖLÜM: Əsgər GÜLLƏLƏNDİ

Ermənistan ordusunun əsgərin meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan ordusunun hərbi qulluqçusu Vahan Petrosyanın meyiti tapılıb. Əsgərin cəsədi bu gün səhər saatlarında hərbi hissələrdən birində aşkarlanıb.

Məlumata görə, əsgərin üzərində odlu silah yarası qeydə alınıb. Hadisənin intihar, yaxud qətl olması barədə hələlik dəqiq məlumat verilmir.

Faktla bağlı təfərrüatların aydınlaşdırılması üçün araşdırma başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
111
interpress.az

1Mənbələr