AZ

İrandan Türkiyəyə insan AXINI BAŞLADI

İranda baş verən gərgin hadisələr fonunda bir qrup İran vətəndaşı quru yolla ölkəni tərk edərək Türkiyəyə keçib.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Məlumata əsasən, İran vətəndaşları Kapıköy sərhəd-keçid məntəqəsindən istifadə edərək Türkiyənin Van vilayətinə daxil olublar. Agentliyə danışan, adları açıqlanmayan iki mənbə bildirib ki, bəzi dövlətlərin öz vətəndaşlarına İranı tərk etməklə bağlı çağırışlar etməsindən sonra Türkiyə istiqamətində keçidlərin sayında müəyyən artım qeydə alınıb.

Bununla belə, İran–Türkiyə sərhədində fəaliyyət göstərən rəsmi nümayəndə vəziyyətin nəzarət altında olduğunu bildirib. Onun sözlərinə görə, hazırda sərhəddə fövqəladə durum müşahidə edilmir və keçid məntəqəsinə yönələn insanların sayında kəskin artım yoxdur.

Seçilən
104
nocomment.az

1Mənbələr