Xabi Alonsonun "Real Madrid"dən ayrılması ilə bağlı təəccüblü detallar ortaya çıxıb. Metbuat.az xəbər verir ki, məşqçinin vəzifəsindən azad edilməzdən aylar əvvəl komandasına qarşı səbrini itirdiyi irəli sürülüb. İddialara görə, o, məşq zamanı ulduz oyunçulara qışqıraraq "Buraya uşaq bağçası işlətməyə gəldiyimi bilmirdim", - deyə bildirib. Bundan sonra Alonso ilə oyunçular arasında gərginlik müşahidə edildiyi iddia edilib. Bildirilir ki, oyunçuların onun təlimatlarını qulaqardına vurduğunu və lazımi intensivliyə malik olmadığını hesab edən Alonso, futbolçuları tənqid edib. Məlumata görə, detallara diqqət yetirməsi ilə tanınan Alonso “Bayer Leverkuzen” uğur qazandığı yüksək tələbləri olan sistemi “Real”da tətbiq etmək istəyib. Lakin, Karlo Ançelottinin rəhbərliyində daha sərbəst oyun tərzinə öyrəşmiş “Real Madrid” oyunçuları bu yanaşma ilə razılaşmayıblar.