Küçədən tapdığı kartla alış-veriş edən təqaüdçüyə cinayət işi açıldı
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Bryansk şəhərində 36 yaşlı qadın icazəsiz alış-veriş barədə SMS bildirişləri aldıqdan sonra bank kartının itdiyini aşkar edib.
O, dərhal hesabı donduraraq polisə müraciət edib, lakin həmin vaxta qədər kartdan 9500 rubl (təxminən 206 manat) məbləğində pul silinib.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məlum olub ki, pulları 61 yaşlı yerli təqaüdçü xərcləyib.
Yaşlı qadın kartı küçədə tapıb və sahibinə qaytarmaq əvəzinə mağazalarda alış-veriş edib.
Faktla bağlı qadın barəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Xuraman Etibarlı
İnterpress.az