AZ

Niyə qısa videolara belə maraq göstəririk?- Psixoloq izah etdi

İnsanların sosial media və müxtəlif platformalarda qısa videolara marağı artıb, lakin bu vərdişin psixikaya mənfi təsirləri olduğu bildirilir.

AzPost xəbər verir ki, psixoloq Maya Andriyanicheva qeyd edir ki, qısa videolar beynimizdə dopamin “mükafat sistemi”ni işə salır. Bu, insanın təkrar-təkrar videolara baxmaq istəyini artırır və zamanla beynin həmin formatı daha çox tələb etməsinə səbəb olur.

Ekspert bildirir ki, davamlı qısa video izləmə uzunmüddətli konsentrasiyanı azaldır, səbir səviyyəsini aşağı salır və real həyatı daha az maraqlı qəbul etməyə gətirib çıxarır. “Bu vərdiş yalnız davranışımızı deyil, həm də beynin işləmə qaydasını dəyişir. İnsanlar uzunmüddətli diqqət tələb edən işlərdə çətinlik çəkir, oxumaq və öyrənmək kimi proseslər yorucu görünür,” — deyə Andriyanicheva əlavə edib.

Psixoloq həmçinin vurğulayır ki, qısa videolara olan həddindən artıq maraq zehni sağlamlıq üçün risk yarada bilər və diqqət artırma texnikaları ilə balanslı istifadə tövsiyə olunur.

AzPost.az

Seçilən
78
1
azpost.info

2Mənbələr