Türkiyədə gənc qadın alma yeyərkən həyatını itirib. Hadisə Zonquldak şəhərində baş verib. Metbuat.az xəbər verir ki, Nazmiye Esen adlı qadın alma yeyərkən nəfəs borusunda meyvə dilimi qalıb. Onun vəziyyəti pisləşdiyi üçün həyat yoldaşı ilkin yardım göstərib, sonra isə təcili tibbi yardım çağırıb. Səhiyyə işçiləri Nazmiye Eseni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas edə bilməyiblər. Xəstəxanadan verilən açıqlamada bildirilib ki, alma dilimi nəfəs borusunu tamamilə bağladığı üçün xəstəni xilas etmək mümkün olmayıb. Mərhumə yaşadığı şəhərdə bu gün torpağa tapşırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.