AZ

"Qazprom" Avropaya təbii qazla bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya enerji şirkəti "Qazprom" Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq səviyyələrinin tarixi minimum hədlərə yaxınlaşdığı barədə xəbərdarlıq edib.

Banco.azxəbər verir ki, "Qazprom" tərəfindən yayımlanan yazılı açıqlamada bildirilib ki, Avropadakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi 12 yanvar tarixinə olan məlumata görə 53 faizə enib.

Açıqlamada anbarlarda ümumilikdə 53,9 milyard kubmetr təbii qazın olduğu qeyd olunaraq deyilir:
“Avropanın yeraltı anbarlarındakı qaz ehtiyatları tarixi minimum səviyyələrə yaxınlaşır. Mövcud qaz həcmi Avropa anbarları üçün ən çətin hesab edilən 2017–2018 qış mövsümünün eyni tarixi ilə müqayisədə 4,1 milyard kubmetr azdır.”

"Qazprom" Avropa ölkələrinin anbarlardakı təbii qazdan istifadəni davam etdirdiyini bildirərək, Niderlanddakı anbarlarda doluluq səviyyəsinin 39,5 faizə qədər düşdüyünü açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
16
1
banco.az

2Mənbələr