AZ

Amsterdamın mərkəzi və qərb rayonlarının böyük hissəsi partlayış səbəbindən elektriksiz qalıb

Bakı. Trend:

Amsterdamın tarixi mərkəzinin və şəhərin qərb rayonlarının böyükbir hissəsi elektrik yarımstansiyasında baş verən partlayışnəticəsində elektriksiz qalıb.

Trend NOSteleviziya kanalına istinadən xəbər verir ki, elektrik enerjisininkəsilməsi yerli vaxtla təxminən saat 16:00-da qeydə alınıb.

Şəbəkə operatoru "Liander"in məlumatına görə, bərpa işləri birneçə saat çəkə bilər və elektrik enerjisinin saat 18:30-dan əvvəlbərpa olunması gözlənilmir. Hazırda Kalverstraat və Nine Streetsticarət rayonları da daxil olmaqla bir sıra ərazilər işıqsız qalıb.Bu zonalarda yerləşən bir neçə mağaza, o cümlədən Uniqlo, Zara vəThe Sting kimi iri ticarət şəbəkələri artıq cümə axşamına qədərfəaliyyətini dayandırmaq qərarı verib.

Elektrik kəsilməsi nəqliyyata da təsir göstərib. Şəhərkənarındakı dörd xətt istisna olmaqla, Amsterdamda bütüntramvayların hərəkəti dayandırılıb, metro isə fasiləsiz işləməyədavam edir.

Məlumata görə, 50 mindən çox sakin elektrik enerjisiz qalıb.Bununla əlaqədar olaraq, Amsterdam sakinlərinə təcili xəbərdarlıqgöndərilib, onlardan lift və eskalatorlardan istifadə etməmək,həmçinin ehtiyacı olan qonşularına kömək göstərmək xahişolunub.

Yanğınsöndürmə idarəsi bildirib ki, hadisə əsas küçələrdənbirinin yaxınlığında yerləşən elektrik paylayıcı qurğuda aparılanişlər zamanı baş verən partlayış nəticəsində qeydə alınıb. Hadisəzamanı xəsarət alan olmayıb.

Seçilən
127
1
az.trend.az

2Mənbələr