Xəbər verdiyimiz kimi, bir neçə rayondan sonra İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən heyvan satışı bazarının da fəaliyyətinə icazə verilib.
Heyvan bazarlarının fəaliyyətinin bərpası ətin qiymətində azalmaya səbəb ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, ətin qiymətinin ucuzlaşmasına heyvan bazarlarının açılması təsir göstərməyəcək.

"Ət yalnız ucuz və kütləvi idxal hesabına nisbətən ucuzlaşa bilər. Bu halda da bazara əsasən dondurulmuş ət daxil olur ki, vətəndaşlar ona elə də maraq göstərmirlər. Ümumilikdə bazarların fəaliyyətə başlaması ət qiymətlərinin aşağı düşməsinə səbəb olmayacaq. Çünki ət bazarında mövcud olan fundamental problemlər hələ də qalmaqdadır. Heyvan sayı kəskin şəkildə artmadıqca və bazarda təklif çoxalmadıqca qiymətlərin aşağı düşməsi mümkün deyil. Əksinə, son dövrlərdə baş verən xəstəliklər fermerlərin xərclərini daha da artırıb və bu da onların ziyanının böyüməsinə səbəb olub", - deyə müsahibimiz qeyd etdi.
Xədicə BAXIŞLI