AZ

Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi

style='margin-bottom:10px;'>

Afrika Millətlər Kubokunun yarımfinal mərhələsində Seneqal və Misir milliləri arasındakı qarşılaşmada gərgin anlar yaşanıb.

QOL.az "Dailysports"a istinadən xəbər verir ki, matçın 40-cı dəqiqəsində Məhəmməd Salahın Sadio Maneyə qarşı kobud oynaması meydanda gərginliyi artırıb. Futbolçular və məşqçilər korpusu hadisəyə dərhal sərt reaksiya verib. Hər iki komandanın ehtiyat oyunçular skamyası arasında qarşıdurma yaransa da, xoşbəxtlikdən insident tez bir zamanda yatırılıb.

Seneqal millisi üçün digər bir itki isə Kalidu Kulibali ilə bağlı olub. Misirlə oyunda sarı vərəqə alan müdafiəçi cəzalı duruma düşdüyü üçün komandası finala çıxacağı təqdirdə həlledici matçı buraxmalı olacaqdı. Lakin təcrübəli futbolçu bu görüşdə də komandasına sona qədər kömək edə bilməyib və meydanı erkən tərk etmək məcburiyyətində qalıb.

Qeyd eədk ki, qarşılaşma hazırda davam edir və qapılara qol vurulmayıb.

Seçilən
150
4
teleqraf.com

5Mənbələr