Aİ Azərbaycanın Ermənistan vətəndaşlarını azad etməsini alqışlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono məlumat yayıb.
Avropa İttifaqı Azərbaycan tərəfindən bu gün dörd Ermənistan vətəndaşının azadlığa buraxılmasını səmimiyyətlə qarşılayıb.
Xüsusi nümayəndə qeyd edib ki, bu addım, eləcə də Bakı və İrəvanın hərtərəfli və dayanıqlı sülhə nail olmaq yolunda atdıqları digər son müsbət addımlar təqdirəlayiqdir.
Aİ rəsmisi tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət edən bu cür təşəbbüslərin sülh prosesinə töhfə verdiyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az