AZ

Məşhur futbolçu həbs olundu

Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı davam etdirilir. Metbuat.az xəbər verir ki, bu gün futbol üzrə Türkiyə yığma komandasının sabiq üzvü Ümit Karan saxlanılıb. O, Sabiha Gökçen hava limanında həbs olunub. Türkiyə mediası Ümit Karanın həbsinə dair detalları açıqlamayıb. Onun istintaq altında olan Türkiyəli məşhurların verdiyi ifadə əsasında saxlanıldığı ehtimal olunur.

Qeyd edək ki, 49 yaşlı Ümit Karan “Gənçlərbirliği”, “Ankaraspor”, “Galatasaray” və “Əskişəhərspor” klublarında çıxış edib. O, 1999-2007-ci illərdə futbol üzrə Türkiyə milli komandasının şərəfini qoruyub. Sabiq futbolçu forma geyindiyi 409 matçda 158 qol vurub.

Seçilən
35
metbuat.az

1Mənbələr