JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Aytac Vahabovanın həkim-mama-ginekoloq Sevinc Məmmədova barəsində media subyektindəki açıqlaması ilə bağlı Yeni Klinika rəsmi açıqlama yayıb.Məlumatada deyilir ‘İlk olaraq qeyd edirik ki, 04.01.1992-ci il təvəllüdlü Vahabova Aytac Tahir qızı 13.10.2025-ci il tarixində saat 05:20 radələrində Yeni Klinikanın Təcili tibbi yardım şöbəsinə daxil olub. O, triaj olunaraq həkim ginekoloqla konsultasiya edilməsi və müayinə məqsədilə Təcili tibbi yardım şöbəsinin ginekoloji otağına alınıb.Aytac Vahabova həkimə səhhəti ilə əlaqədar olan şikayətlərini bildirdikdən sonra həkim tərəfindən zəruri tibbi prsedurların icrası məqsədilə ona müayinə masasına keçməsi təklif olunub. Bu zaman o, özünəməxsus mobil telefon vasitəsilə çəkiliş apararaq qeyri-etik davranışlar sərgiləyərək həkimə qarşı təhqirlər səsləndirərək müayinə həkiminə “Sən kimsən məni müayinə edirsən?” ifadələri işlətməklə çəkiliş aparmağa davam edib.Ona ilk olaraq müayinə olunmasının zəruriliyi və bu məqsədlə zəruri tibbi prosedurların həyata keçirilməsi üçün həkim tövsiyə və tapşırıqlarına əməl etməsi bildirilərək onunla maarifləndirici və izahedici söhbətlər aparılıb. Lakin o, bunlara məhəl qoymayaraq qeyri-etik ifadələrini və davranışlarını davam etdirərək Təcili tibbi yardım şöbəsini tərk edib.Qeyd etməyi zəruri hesab edirik ki, müəssisədaxili prosedur qaydalarına uyğun olaraq bu hal müayinə həkimi və eləcə də həmin vaxtı orada olmuş Klinikanın əməkdaşlarının iştirakı ilə aktlaşdırılıb.Aytac Vahabova 13.10.2025-ci il tarixdə baş verən və onun qeyri-etik davranışları ilə müəyyən edilən hadisəni sonradan, yəni 13.01.2026-cı il tarixdən media orqanlarında açıqlaması da onu göstərir ki, Aytac Vahabovanın açıqlaması əsassız və qərəzlidir.Yeni Klinika olaraq bildiririk ki, bütün pasiyentlərə tibbi yardım göstərilməsi zamanı peşəkar etik prinsiplərə, qanunvericiliyin tələblərinə və pasiyent hüquqlarına ciddi şəkildə əməl olunur.Eyni zamanda, tibb işçilərinin də təhlükəsiz və etik mühitdə fəaliyyət göstərməsi Klinika üçün prioritetdir.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX