Qətərin keçmiş baş naziri Şeyx Həməd bin Casim bin Cabir Əl-Tani Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı arasında qüvvələrin strateji şəkildə birləşdirilməsinə çağırıb.
Şeyx Twitter-də ötən ilin sentyabr ayında Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış qarşılıqlı müdafiə müqaviləsinin regional sabitliyin qorunması və gücləndirilməsi üçün əhəmiyyətini qeyd edib. Tərəflər bu ölkələrdən birinə qarşı hərbi təcavüz halında birgə tədbirlər barədə razılığa gəliblər. Türkiyə hazırda bu müqaviləyə qoşulmağı düşünür: “Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə və Misir arasında ittifaq yaratmaq təcili ehtiyac olub və qalmaqdadır.
Bu, Qərb bloku ölkələrinin, ilk növbədə ABŞ-ın sürətlə dəyişən siyasəti qarşısında maraqlarımızı qorumaq və kollektiv mövqeyimizi gücləndirmək üçün vacibdir.” – Həməd bin Casim bin Cabir Əl-Tani deyib.
Qətərin keçmiş baş naziri vurğulayıb ki, bu cür birləşmə istisnasız olaraq hər bir Körfəz ölkəsi üçün vacibdir, çünki ittifaq maraqların və kollektiv təhlükəsizliyin qorunması mexanizmlərinin inkişafına imkan verəcək. Həməd bin Casim İrandakı son etirazlar və iğtişaşları nəzərə alaraq, bu ittifaqın İslam Respublikasına düşmən kimi qəbul edilə bilməyəcəyini vurğulayıb: “İlk addım, bütün imza atan dövlətlər tərəfindən hörmət edilən və riayət edilən qaydalar toplusuna çevriləcək ittifaq üçün diqqətlə düşünülmüş bir çərçivə yaratmaqdır.” – Həməd bin Casim bin Cabir Əl-Tani vurğulayıb.
//Samir Qurbanov, Editor.az