İranın rəqəmsal texnologiya üzrə mütəxəssisi Əmir Rəşidinin “The Guardian” qəzetinə verdiyi məlumata görə, İran qapalı “milli” internet inkişaf etdirə bilər.
Davam edən etirazlar fonunda İran hakimiyyəti əvvəllər internetə çıxışı məhdudlaşdırıb. İranda fəaliyyət göstərəcək veb saytların siyahısı açıqlanıb: yerli axtarış və naviqasiya sistemləri, mesajlaşma tətbiqləri və İran yayım xidməti: “Bütün bu veb saytlar İranın milli internet yaratmaq səylərinin bir hissəsidir”, – Rəşidi deyib.
“Bu, şəbəkənin, hətta hökumət tərəfindən idarə olunan və xarici dünyadan faktiki olaraq təcrid olunmuş bir növ “yüngül” versiyasıdır – nəşr qeyd edib.
8 yanvarda internet monitorinq xidməti “NetBlocks” İslam Respublikası boyunca internetin tamamilə bağlandığını qeydə alıb.
//Samir Qurbanov, Editor.az