AZ

Samovara görə ölkəyə buraxılmadı

ain.az, 525.az portalına istinadən məlumat verir.

Estoniyada gömrükçülər İsrail vətəndaşını ölkəyə buraxmayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun Rusiyadan gətirdiyi samovar olub.

Əhvalat Narva keçid məntəqəsində baş verib. 25 yaşlı israillinin əşyalarını yoxlayan gömrükçülər orada samovar aşkarlayıblar. Demə, samovarın idxalı qadağan edilmiş əşyaların siyahısında imiş və bu üzdən sözügedən hadisə yaşanıb.

Qeyd edək ki, bununla bağlı turistə xəbərdarlıq edilib və o, Rusiyaya qayıtmalı olub.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
155
525.az

1Mənbələr