Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Koroğlu prospekti ərazisində qeydə alınıb. İlkin məlumata görə, “Toyota Camry” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına aşıb.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əraziyə nəzarət təmin edilib.
Baş verən hadisənin səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

