“Real”ın ulduz yarımmüdafiəçisi Cud Bellinqem “Liverpul”un transfer hədəfinə düşüb.
İdmanxeber.az xəbər verir ki, jurnalist Siro Lopesin məlumatına görə, İngiltərə klubu futbolçu üçün 207 milyon avro ödəməyə hazırdır.
Bellinqem 2023-cü ildə Dortmund “Borussiya”sından 127 milyon avroya “Real”a keçib və onun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
O, cari mövsümdə 23 oyunda 5 qol və 4 məhsuldar ötürmə edib.