AZ

"Monako" müdafiəsini "Lester"in ulduzu ilə gücləndirir

Fransanın "Monako" klubu müdafiə xəttindəki boşluqları doldurmaq üçün İngiltərədə axtarışa çıxıb.

Fanat.Az xəbər verir ki, "knyazlıq" təmsilçisi hazırda "Lester Siti"nin müdafiəçisi Vout Faes ilə yaxından maraqlanır.

Fransa mətbuatının yaydığı məlumata görə, tərəflər arasında transferin detalları ilə bağlı danışıqlar artıq başlayıb.

"Monako" rəhbərliyi təcrübəli müdafiəçini heyətə qataraq arxa xətdəki rəqabəti artırmağı hədəfləyir.

Seçilən
79
1
fanat.az

2Mənbələr