AZ

“Ferensvaroş” onun transfer hüquqlarını aldı

Mərkəz yarımmüdafiəçisi Nabi Keyta Almaniyanın “Verder” klubunu birdəfəlik tərk edərək karyerasını Macarıstanın “Ferensvaroş” komandasında davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2018/19 mövsümündə “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olmuş Keyta artıq Macarıstan təmsilçisi ilə daimi müqavilə bağlayıb.

Xatırladaq ki, Almaniyanın “Verder” klubundan ayrılan qvineyalı futbolçu 2024-cü ilin dekabr ayından etibarən “Ferensvaroş”da icarə əsasında çıxış edirdi.

Cari mövsümdə 30 yaşlı  yarımmüdafiəçi 17 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.

Seçilən
42
90deqiqe.az

1Mənbələr