AZ

Köhnə etibarnamə sürücüyə 20 min manata başa gəldi – VİDEO

Ceyhun Məmmədov 2008-ci ildə Hyundai markalı avtomobili 30 illik etibarnamə ilə alıb. Bir neçə ay sonra avtomobili satmaq qərarına gəlib və onu əvvəlki sahibi Nəsrulla Hüseynova geri qaytarıb. Daha sonra avtomobil üçüncü şəxsə satılıb. Sonuncu dəfə isə nəqliyyat vasitəsi 2014-cü ildə idarəetmə hüququ olmayan Bəhruz Mehdiyevin əlinə keçib və Nizami rayonu ərazisində qəza törədərək digər avtomobilə 20 min manatlıq ziyan vurub.

NOCOMMENT.az xəbər verir ki, zərərçəkən avtomobil “Bakı Sığorta” şirkətində sığortalı olduğundan şirkət ödəniş edib. Lakin 9 il sonra, 2023-cü ildə sığorta şirkəti məhkəməyə müraciət edərək dəymiş zərərin avtomobilin əvvəlki sahibi Ceyhun Məmmədov tərəfindən ödənilməsini tələb edib.

Şirkətdən bildirilib ki, artıq məhkəmə qərarı çıxarılıb və qərara əsasən, Ceyhun Məmmədov 20 min manatlıq ziyanı ödəməlidir.

Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Seçilən
143
nocomment.az

1Mənbələr