AZ

ABŞ Yaxın Şərqə raket gəmiləri və sualtı qayıq göndərdi

ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərq regionuna əlavə hərbi qüvvələr yerləşdirib. Pentaqonun məlumatına görə, bölgəyə üç raket esminesi və ən azı bir raketlə silahlanmış sualtı qayıq göndərilib. Bu barədə The New York Times nəşri yazıb.

Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi zərbə imkanları məhduddur. Buna səbəb ABŞ-ın əsas aviadaşıyıcılarından olan “Gerald R. Ford”un ötən payızda regionu tərk etməsi və hazırda Karib dənizində yerləşməsidir.

Daha sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da xəbəri təsdiqləyib. Bildirilib ki, idarəolunan raketlərlə təchiz edilmiş “Arleigh Burke” sinifli “USS Roosevelt” esminesi Fars körfəzinə göndərilib.

Musavat.com

Seçilən
61
2
editor.az

3Mənbələr