Naxçıvanda Türkiyədən olan iki tələbə dəm qazından zəhərlənərək ölüb.
Modern.az xəbər verir ki, faciəli şəkildə həyatlarını itirən Ahmet və Büşranın fotoları yayılıb.
Qeyd edək ki, hadisə Nizami küçəsi, 61 ünvanında baş verib. Meyitləri tapılan Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Fotoları təqdim edirik:

