AZ

Tramp İrana hücum qərarından vaz keçdi TƏCİLİ

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-a İranda qətllərin dayandırıldığı və edamların planlaşdırılmadığı barədə məlumat daxil olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə çıxışı zamanı açıqlama verib.

“Bizə kifayət qədər ciddi şəkildə xəbərdarlıq edilib. Bütün bunların nə demək olduğunu araşdıracağıq, lakin bizə deyilib ki, İranda qətllər dayanıb və edam üçün heç bir plan yoxdur”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, son günlərdə bir çox insan bu günün edam günü olacağı barədə danışırdı. O əlavə edib ki, əgər edamlar davam edərsə, bu, hamı üçün ciddi məyusluq olacaq.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
globalinfo.az

1Mənbələr