AZ

WSJ: İranda beş bank, o cümlədən Bank Sepah iflas həddinə çatıb

Maliyyə sektorundakı böhran SEPAH və ordu ilə əlaqəli bankları da əhatə edir...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin yazdığına görə, İranda azı beş iri bank ciddi maliyyə böhranı ilə üz-üzə qalıb və faktiki olaraq iflas həddinə çatıb. Həmin banklar arasında ölkənin üç ən böyük maliyyə qurumundan biri olan Bank Sepah da var. Bu bank SEPAH qüvvələrinin və İran ordusunun əsas maliyyə dayaqlarından biri hesab olunur.

Məlumata görə, bank sisteminin çökməsinin qarşısını almaq üçün İran Mərkəzi Bankı pul kütləsini artırmağa, yəni əlavə pul çap etməyə məcbur qalır və maliyyə institutlarına mütəmadi olaraq kreditlər ayırır. Analitiklər bildirirlər ki, bu siyasət bankların qısamüddətli fəaliyyətini saxlasa da, uzunmüddətli perspektivdə ölkə üçün ağır nəticələrə, o cümlədən nəzarətdən çıxmış inflyasiyaya gətirib çıxara bilər.

WSJ qeyd edir ki, bank sektorunda yaranmış bu vəziyyət İran iqtisadiyyatında onsuz da mövcud olan problemləri daha da dərinləşdirir və sosial narazılıqlar fonunda maliyyə sabitliyinə ciddi risklər yaradır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr