Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndinə səfər edib, kəndə köçmüş Rüstəmovlar ailəsinin evində olub, ailə üzvləri ilə söhbət edib.
Ailənin xanımı Nilufər Rüstəmova təəssüratlarını bölüşərək deyib: "Prezidentimizin evimizdə ilk qonaq olması bizim sevincimizə sevinc qatdı. Hər insana qismət olmur. Böyük qürurdur. Fəxr edirik ki, belə Prezidentimiz var".
Nilufər xanım qeyd edib ki, Aşağı Oratağ kəndini tərk edəndə dörd yaşı olub. Bu gün isə ailəsi, uşaqları ilə birgə doğma yurda qayıdıb.
Telegram kanalımız