AZ

Əraqçi: İranda sabitlik bərqərar olub

İran hakimiyyəti ölkədəki vəziyyətə tam nəzarət edir, İslam Respublikasında sabitlik bərqərar olub.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Fox News" telekanalına müsahibəsində bildirib.

“Hazırda sabitlik təmin olunub. Biz hər şeyə tam nəzarət edirik və ümid edək ki, müdriklik qalib gələcək və hamı üçün fəlakətli ola biləcək yüksək gərginlik vəziyyətinə düşməyəcəyik”, – deyə nazir qeyd edib.

Seçilən
11
1
apa.az

2Mənbələr