BAKI, 15 yanvar. TELEQRAF
G7 ölkələri İranda davam edən etirazlarla bağlı vəziyyətdən ciddi narahat olduqlarını bildirib və Tehrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsinə hazır olduqlarını bəyan ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin 14 yanvarda yaydığı birgə bəyanatda qeyd olunub.
Bildirilir ki, G7-yə üzv ölkələr İranda etirazların davam etməsi fonunda baş verən hadisələri son dərəcə narahatedici hesab edirlər. Bəyanata görə, İran beynəlxalq insan hüquqları öhdəliklərini pozaraq etirazların qarşısını almağa və onları zorla yatırmağa davam edərsə, G7 əlavə sanksiyalar tətbiq etməyə hazırdır.