AZ

ABŞ İrandakı vəziyyəti izləməyə davam edəcək - Donald Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrandakıvəziyyəti diqqətlə izləməyə davam edəcək.

Trend xəbər verirki, bunu o, ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı iləbağlı suala cavab olaraq söyləyib.

Prezident qeyd edib: "Biz baş verənləri izləyəcəyik. Amma başverənlərdən xəbərdar olan insanlardan çox yaxşı məlumat aldıq".

İrandakı vəziyyətlə bağlı Tramp əlavə edib: "Biz digər tərəfdənçox vacib mənbələrdən məlumat almışıq. Deyirlər ki, qətllərdayandırılıb".

O, həmçinin vurğulayıb: "Biz izləyəcəyik. Amma bizə bunuetibarlı mənbə deyib. Ümid edirəm ki, bu, doğrudur".

Seçilən
73
1
az.trend.az

2Mənbələr