AZ

Böyük Britaniya Tehrandakı səfirliyini bağladı



Böyük Britaniya hakimiyyəti Yaxın Şərqdə gərginləşən siyasi vəziyyət fonunda Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə " The Daily Mirror" qəzeti məlumat verib.

Qəzet yazır ki, bunu Böyük Britaniya hökumətinin sözçüsü açıqlayıb.

"Biz Tehrandakı Britaniya səfirliyini müvəqqəti olaraq bağladıq və o, artıq uzaqdan fəaliyyət göstərəcək", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Reuters agentliyi bundan əvvəl ABŞ-ın 24 saat ərzində İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi barədə məlumat vermişdi. ABŞ prezidenti Donald Tramp İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq etmişdi.

Süleyman
Seçilən
22
1
newscenter.az

2Mənbələr