
İtaliya Xarici İşlər Nazirliyi İranı tərk etmək imkanı olan İtaliya vətəndaşlarını bunu etməyə çağırıb.
Nazirliyin açıqlamasına görə, nazirlik binasında Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajaninin sədrliyi ilə Müdafiə Nazirliyinin, təhlükəsizlik bölmələrinin, İtaliyanın Tehrandakı səfirinin və mövcud böhrandan təsirlənən müvafiq paytaxtlardakı digər səfirlərin iştirakı ilə İrandakı hadisələri müzakirə etmək üçün böhran iclası keçirilib.