AZ

Bu ölkə Tehrandakı səfirliyini bağladı

Tehrandakı Britaniya səfirliyi ölkədəki gərgin etirazlar səbəbindən müvəqqəti olaraq bağlanıb.

Publika.az xəbər verir ki, Britaniyanın "Mirror" qəzetinin redaktoru Lizzi Byukan bu barədə sosial media səhifəsində Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, diplomatik missiya uzaqdan iş rejiminə keçib.

Bundan əvvəl Tehrandakı Fransa səfirliyinin bəzi işçilərinin ölkədə davam edən kütləvi iğtişaşlar səbəbindən İranı tərk etdiyi bildirilirdi.

İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası səbəbindən başlayıb.

Seçilən
59
publika.az

1Mənbələr