AZ

Böyük Britaniya Tehrandakı səfirliyini bağlayıb

London, 15 yanvar, AZƏRTAC

Böyük Britaniya hökuməti regionda gərginliyin artması fonunda İrandakı Britaniya səfirliyinin müvəqqəti bağlanmasına qərar verib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, qərar İran rəhbərliyinin ABŞ prezidenti Donald Trampın mümkün hərbi zərbələrinə cavab olaraq regiondakı Amerika hədəflərini vuracağı ilə bağlı xəbərdarlıqlarından sonra verilib.

Qeyd edək ki, Böyük Britaniya həmçinin Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çağırmağa başlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
60
4
azertag.az

5Mənbələr